Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bu məhsulların ekspertizası dövlətə qazanc gətirmir– Qoşqar Təhməzli

Bu məhsulların ekspertizası dövlətə qazanc gətirmir – Qoşqar Təhməzli

"Məhsulların laboratoriyada yoxlanılması zamanı tələb olunan dövlət rüsumunun yüksək olması fikri ilə razılaşmıram. Çünki dövlət rüsumu yoxlama zamanı istifadə edilən inqridientlərin dəyərinə uyğun hesablanır".

Yenixeber.org: Bu sözləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Azərbaycan Respublikasının Regionlarının 2014-2018-ci illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Q.Təhməzli bildirib ki, agentlik yaradılana qədər aqrokimyəvi preparatların ekspertizası 10 manata həyata keçirilirdi. Lakin bir pestisidin ekspertizası üçün toksikoloji analizlərin maya dəyəri 170 manata başa gəlir:

“Hazırda həmin məhsulların ekspertizası dövlət tərəfindən qazanc məqsədilə həyata keçirilmir. Bu ekspertizanın aparılması üçün miniumum reaktivlərin maya dəyəri hesablanır. Sahibkarlar üçün təklif edilən rəqəmlər maya dəyərindən çox aşağıdır ki, qalan xərcləri dövlət özü təmin edir. Sahibkarlarımız qonşu ölkələrdə həmin ekspertizaların qiymətinin qat-qat baha olduğunu nəzərə almalıdır. Pambıq tarlasında zəhərlənmə zamanı pambıq, su və aqrokimyəvi preparatların ekspertizası üçün dövlət 100 minlərlə vəsait sərf etdi".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam