Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

OPEK-dən Azərbaycanın neft hasilatı ilə bağlı -Proqnoz

 

2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının həcminin dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır.

Yenixeber.org: Bu barədə OPEK-in dekabr ayı üzrə hesabatında qeyd edilib.

Hesabata əsasən, OPEK+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, 2019-ci ildə ölkədə gündəlik neft hasilatının 20 min barel azalaraq 780 min barel olacağı gözlənilir.

OPEK-in bundan əvvəlki aylıq hesabatında Azərbaycanda gələn il üçün gündəlik hasilatın 10 min barel azalaraq 790 min barel olacağı proqnozlaşdırılırdı.

Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü.

Cari ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.(report)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam