Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Füzulidə subsidiyalarla bağlı fermerlərlə görüş keçirilib

 

Məqsəd subsidiyaların verilməsi ilə bağlı şəffaflığın təmin olunmasıdır

 

"Xeberinfo.com":Görüşdə ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri, Horadiz Aqrolizinin nümayəndələri, fermerlər və taxıl əkini ilə məşğul olan sahibkarlar iştirak etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, rayonda kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsində şəffaflığın artırılması ilə bağlı görülən işlərdən danışmışdır.

Bildirmişdir ki, taxıl istehsalçılarına subsidiyaların verilməsi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qaydalara uyğun verilməlidir.

Rayon İcra Hakimiyyətinin Başçısı bildirmişdir ki, subsidiyaların yazılmasında qanunun aliliyinin qarunması nəticəsində bu sahədə Füzulidə heç bir problem yaranmamışdır.

Alı Alıyev tədbirdə subsidiyaların müəyyənləşdirilməsi, sahiblərinə çatdırılması ilə bağlı rayon Komissiyanın üzvlərinə bir daha konkret tapşırıqlar vermişdir. Bildirmişdir ki, bu mühüm dövlət əhəmiyyətli məsələ daima diqqət mərkəzində saxlanılmalı, subsidiyaların yazılması zamanı qanunun aliliyi qorunmalıdır.

 

 

Rayon İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müavini Hüseyn Abbasov kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinə sərf etdikləri motor yağlarına və dizel yanacağına görə ödənilən subsidiyaların ödənilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş qaydalar barədə bir daha məlumat vermişdir.

 


         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam