Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Azərbaycan buğda idxalını azaldıb

Azərbaycan buğda idxalını azaldıb

 

 

2017-ci ildə Azərbaycan 1,2 milyon ton buğda idxal edib. Bu, 2016-cı ildə qeydə alınan göstəricidən 25 faiz azdır

 

Yenixeber.org: Bunu kənd təsərrüfatı naziri Heydər Əsədov nazirliyin kollegiyasının geniş iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ötən il ölkədə taxılçılıq sahəsində müəyyən uğurlar əldə edilib: "Nəticədə biz 2017-ci ildə 1,2 milyon ton buğda idxal etdik. 2016-cı ilə bu rəqəm 1,6 milyon tona bərabər idi. Ümumilikdə ötən il buğdanın idxalına 227 milyon dollar xərclənib. İdxal olunan buğda ölkədə istehlakın 37 faizini təşkil edib".

H.Əsədov onu da əlavə edib ki, Azərbaycan bu il taxılyığma texnikası alacaq: "Bizim taxılyığma kombaynlarının tədarükü ilə bağlı müqaviləmiz var. Onların tədarükü apreldən başlayacaq. Bu il biz 190 ədəd kombayn almağı planlaşdırırıq".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam