Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İxracın 88,52 faizi neft və qazdır

neft-qaz-boru-xetti

 

Bu ilin yanvarında Azərbaycanın ixracı 2016-cı ilin ilk ayına nəzərən 25,71 faiz artıb.

 

Xeberinfo.com:   Novator.az-ın məlumatına görə, ötən ay Azərbaycan 804,6 milyon dollarlıq məhsul ixrac edib.
İxracın 82,49 faizi xam neftdir. Neft məhsulları ümumi ixracın 2,68 faizini, təbii qaz 3,35 faizini təşkil edib.
Hesabata əsasən, ixracın 2,99 faizi meyvə-tərəvəz, 1,51 faizi plastmassa və onlardan hazırlanan məmulatlar, 1,18 faizi alüminium və ondan hazırlanan məmulatlardır.
2016-cı ilin yanvar ayı ilə müqayisədə bəzi məhsulların ixracında artım qeydə alınıb. Meyvə-tərəvəz ixracında 51,26 faiz, spirtli və spirtsiz içkilər ixracında 264,14 faiz artım var.
2017-ci ilin yanvarında idxalda ötən ilin ilk ayı ilə müqayisədə 3,64 faiz artım olub. Ölkəyə 450 milyon dollarlıq məhsul idxal edilib. İdxalın 23,81 faizi maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri olub. Yeyinti məhsulları ümumi həcmin 17 faizini təşkil edib.
2016-cı ilin ilk ayı ilə müqayisədə yeyinti məhsullarının idxalı 22,44 faiz artıb. Ət idxalında 97,97, kərə yağı və süddən hazırlanmış digər yağların idxalında 224,4 faiz, çay idxalında 225,18 faiz, buğda idxalında 222,82 faiz, şəkər idxalında 37,29 faiz, tütün və tütün məmulatları idxalında 36,26 faiz artım olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam