Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

10 min iş yeri açılır

 

     

            “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəməri genişləndirilir

 

   "xeberinfo.com": "Şahdəniz-2" layihəsi çərçivəsində sualtı tikinti işlərinin həyata keçirilməsi üçün yeni, çoxprofilli unikal gəmi inşa ediləcək".
     Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.
   R.Abdullayev bildirib ki, həmin gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır.
   ARDNŞ prezidentinin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən biri də odur ki, layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcək.
    R.Abdullayev bildirib ki, ən mühüm məsələ isə ondan ibarətdir ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam