Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

BP neft hasilatını azaltmadı

 

“Azər-Çıraq-Günəşli” üzrə yanvar-iyun aylarında istehsal templəri qorunub

"Xeberinfo.com":   Məlumata görə, 2015-ci ilin birinci yarısında “Azər-Çıraq-Günəşli” (AÇG) yatağından 16 milyon ton neftr hasil edilib ki, bu da gün ərzində 641 min barelə bərabərdir. 
Bu barədə “BP”nin 2015-ci il yanvar-iyun aylarında Azərbaycandakı fəaliyyəti ilə bağlı yaydığı hesabatda bildirilir. Hesabata görə, BP şirkəti və tərəfdaşları “Azər-Çıraq-Günəşli”dən altı ayda 116 milyon barel neft hasil edib ki, bu da ötən ilin analoji göstəricisi ilə eynidir.
“Çıraq” yatağında günlük hasilat 55 min barel, “Mərkəzi Azəri”də 157 000, “Qərbi Azəri”də 107 000, “Şərqi Azəri”də 71 000, “Dərinsulu Günəşli”də 145 000 və “Qərbi Çıraq”da 106 000 barel təşkil edib. 
2014-cü ildə “BP” AÇG-dən 31,5 milyon ton neft hasil edib ki, 2013-cü ildə bu göstərici 32,2 milyon ton idi.
AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Yatağın neft ehtiyatları təqribən 1 milyard ton təşkil edir.
Müqavilədə pay iştirakı aşağıdakı kimidir: BP (AÇG-nin operatoru) – 35,78 faiz, “Chevron” – 11,27 faiz, “Inpex” – 10,96 faiz, “AzACG” – 11,65 faiz, “Statoil” – 8,56 faiz, “Exxon” – 8 faiz, “TPAO” – 6,75 faiz, “Itocu” – 4,3 faiz və “ONGC” – 2,72 faiz.(ans press)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam