Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Bank sektoru əhalinin hesabına xilas oldu“

 

"Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək"

 

“Konstitusiya Məhkəməsinin qərarı gözlənilən idi. Qərar hüquqi olsa da, iqtisadi mahiyyət daşıyırdı”. 
"Xeberinfo.com":   İqtisadçı ekspert Samir Əliyev Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı çıxardığı qərara münasibət bildirərkən belə deyib.
Ekspert qeyd edib ki, iqtisadi amillər hüquqi qərara təsir göstərdi: “Məqsəd hazırda təhlükə altında olan bank sektorunu qorumaq idi. Çünki bank sektorunun çökməsi ümumilikdə ölkə iqtisadiyyatını çökdürə bilərdi. Və bunun zərəri əhali üçün indikindən dəfələrlə çox olardı”. 
S.Əliyevin sözlərinə görə, ancaq bank sektorunun problemi bununla həll olunmayacaq: “Hazırda bankların qarşısında daha çətin problemlər durur. Bank sektoru bu dəfə əhalinin hesabına xilas oldu. Ancaq gələn dəfə əhali də kömək edə bilməyəcək. Mərkəzi Bankın timsalında hökumət dəstək verməsə, vəziyyət ağır olacaq. Dəstək mütləq vacibdir”.
Qeyd edək ki, Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı mühüm məsələdə bankların tərəfini tutaraq qərar verib. Qərara görə, vətəndaşlar dollarla götürülən kredit borcunu devalvasiyadan sonrakı nisbətlə ödəməlidir. (musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam