Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Avropa Oyunlarına xərclənən vəsait ciddi şəkildə yoxlanılır”

 

“Öhdəliklərdə Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur”
“Avropa Olimpiya Komitəsinin (AOK) 2012-ci ilin dekabrında Bakının birinci Avropa Oyunlarına ev sahibliyi etməsi ilə bağlı qərarından irəli gələn öhdəliklər barədə bütün Azərbaycan xalqının da məlumatlı olmasını istəyirəm. Bu öhdəliklərdə Avropa Oyunlarına qatılan hər bir iştirakçı ölkənin Milli Olimpiya Komitəsinə ev sahibi tərəfindən maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur“.

"Xeberinfo.com":  Azərtac-a istinadən xəbərə görə, bu sözləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, bundan əvvəl keçirilən London, Soçi və digər Olimpiya Oyunlarında da belə öhdəliklər mövcud olub. Bu təcrübə beynəlxalq idman aləmində geniş yayılıb və hər hansı istisna halı kimi qəbul edilməməlidir. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi xalqımıza mənfəət gətirəcək, eləcə də ölkəmizin dünya arenasında daha da möhkəmlənməsinə yardım edəcək. Oyunları izləyən beynəlxalq tamaşaçı auditoriyası sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanı bir daha tanımaq şansı əldə edəcək.
Azad Rəhimov qeyd edib ki, Oyunlar üçün ayrılan və xərclənən maliyyə vəsaiti ciddi şəkildə yoxlanılır və bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam