Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Formula 1”:Daha 2 Qran-prinin yeri və vaxtı açıqlandı

“Formula 1” üzrə dünya çempionatında daha 2 Qran-prinin yeri və tarixi açıqlanıb.

Yenixeber.org: Yarışın rəsmi saytı xəbər verir ki, mövsümün 9-cu mərhələsi İtaliyada olacaq. Toskana Qran-Prisi 11-13 sentyabrda Mudcello trasında baş tutacaq.

Sayca 10-cu yarışa isə Rusiya ev sahibliyi edəcək. Soçidəki Qran-Pri 25-27 sentyabrda keçiriləcək.

Qeyd edək ki, “Formula 1″də ilk 8 Qran-Prinin təqvimi daha əvvəl açıqlanıb. Mövsümə iyulun 3-də Avstriyada start verilib. Bu mərhələnin qalibi “Mercedes” pilotu Valtteri Bottas olub. İkinci yarış da sözügedən ölkədə (10-12 iyul) keçiriləcək.

Daha sonra Macarıstan (17 – 19 iyul), Böyük Britaniya (31 iyul – 2 avqust, 7 – 9 avqust), İspaniya (14 – 16 avqust), Belçika (28 – 30 avqust), İtaliya (4 – 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz olacaq.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam