Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Xəzər Lənkəran"dan qələbə

 

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Son oyun günündə iki qarşılaşma baş tutub.

"Xeberinfo.com":  Məlumata görə, günün ilk oyununda "Bakı" "Qəbələ"ni qəbul edib. Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 55-ci dəqiqədə penaltidən Cavid Hüseynov açıb. 88-ci dəqiqədə isə Vüqar Bəybalayevin avtoqolu "Qəbələ"ni sevindirib. Beləliklə, Roman Qriqorçuk Azərbaycandakı ilk rəsmi oyununda 3 xala sevinib.

Turun son oyununda "Simurq" "Xəzər Lənkəran"ı qəbul edib. Əksər təcrübəli oyunçularından imtina edən Lənkəran klubu Elbrus Məmmədovun debüt batçında 0:2 hesabı ilə yenilib. Hesabı 51-ci dəqiqədə qış fasiləsində "Xəzər Lənkəran"dan "Simurq"a transfer olunan Elnur Abdullayev açıb. 9 dəqiqə sonra isə Rəşad Eyyubov fərqlənib.

Qeyd edək ki, turun ilk oyununda "İnter" "Sumqayıt"la "sülh" bağlayıb (0:0), ikinci oyunda AZAL "Neftçi"ni udub (2:1).

Anspress.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam