Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Rövnəq Abdullayev FİFA prezidenti ilə görüşdü

 

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

"Xeberinfo.com":  Məlumata  görə, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub. FIFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib.

Görüşdə FIFA-nın Kommunikasiya və İctimaiyyətlə əlaqələr direktorunun müavini Nikolas Meynqot, FIFA-nın Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FIFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunun 2011-ci il iyunun 6-da keçirilmiş təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyev, FIFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam