Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Baş məşqçidən hörmətsizlik

 

Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin “Lokomotiv” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya) görüşünün statistikası açıqlanıb.
"Xeberinfo.com":  Məlumata görə,Bakı təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri Adela Heliç olub. Rəqibimizin hücumçusu “Lokomotiv”dən 24 xal almağı bacarıb. Zədədən yeni qayıdan çexiyalı legionerimiz Aneta Havlikova isə 20 dəqiq zərbə ilə komandamızın ən məhsuldar voleybolçusu seçilib.
Belqradda baş tutan görüşdə 3:0 hesabı ilə qələbə qazanıb, asan keçəcəyi proqnozlaşdırılan cavab qarşılaşmasında Teon Buijs Azərbaycan millisinin oyunçularının (bəzi anlarda libero Oksana Kiselyova meydanda olub) köməyindən imtina etdiyindən digər xallarımız da əcnəbilərin hesabındadır.
“Lokomotiv”in üzvlərindən Aleksandra Srnçeviç 15, Enn Buijs 13, Quinta Stenbergen 10, Karli Lloydlə Evangeliya Çantava hərəyə 2 dəfə hollandiyalı mütəxəssisi sevindiriblər.
Qeyd edək ki, hər 2 görüşdə qələbə qazanan, millimizin voleybolçularından Kiselyova ilə yanaşı Ayşən Abduləzimova və Ülkər Kərimovanın heyətində yer aldığı “Lokomotiv” 1/4 finalda Krasnodar “Dinamo”su ilə üz-üzə gələcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam