Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

UEFA "Qarabağ"dan üzr istəyəcək

 

Avropa Liqasının VI turunda “Qarabağ” və İtaliyanın “İnter” komandaları arasında keçirilmiş qarşılaşma heç bir halda yenidən oynanılmayacaq.
"Xeberinfo.com": Bu barədə Sportnet.az-a UEFA-dakı mötəbər mənbələrdən bildirilib.
Mənbə deyib ki, “Qarabağ”ın qolunu saymayan çexiyalı baş hakim Miroslav Zelinka uzunmüddətli cəzaya məruz qalacaq. O, yalnız yanlış qərarı üzündən cəzalanacaq. UEFA rəsmisi matçın vaxtından tez yekunlaşdırıldığına dair fikirləri düzgün saymayıb.
Digər tərəfdən, “Qarabağ”a yanlış qərarla bağlı üzrxahlıq ediləcək. Çox güman ki, üzrxahlıq UEFA Hakimlər Komitəsi adından rəsmi məktubda əksini tapacaq. Mənbə olaya tezliklə hüquqi qiymət veriləcəyini də əlavə edib.
Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən matçın 90+4-cü dəqiqəsində Miroslav Zelinka “Qarabağ”ın futbolçusu Riçard Almeydanın təmiz qolunu saymayıb. Çexiyalı referi köməkçilərinin xəbərdarlığından sonra ofsayd qeydə alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam