Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Güləşçimiz ermənini məğlub edib çempion oldu

 

Güləşçimiz ermənini məğlub edib çempion oldu
Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri yekunlaşıb. Üçüncü yarış günündə yığmamız baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında daha iki medal qazanıb.
Yenixeber.org: Murad Məmmədov (60 kq) finalda Rusiyanı təmsil edən erməni Artur Petrosyana qalib gələrək çempion olub. Finalda macar Viktor Lorintsə məğlub olan İslam Abbasov (87 kq) "gümüş"ü boynundan asıb.

Son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə 3-cü yer uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Xatırladaq ki, daha öncə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, Minskə 8 güləşçi ilə yollanan millimiz xatirə turnirində 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.

Qeyd edək ki, yarışın hakimləri sırasında həmyerlimiz Elman İsmayılov da olub.(qafqazinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam