Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

"Xəzər Lənkəran"ın sabiq məşqçisi qəzaya düşdü

"Xəzər Lənkəran"ın sabiq məşqçisi qəzaya düşdü

 

 

 

Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb

 

Yenixeber.org: Lənkəran-Bakı reysi üzrə hərəkət edən, 85 CA 442 dövlət qeydiyyat nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Ürgə kəndi ərazisində 44 BO 008 dövlət qeydiyyat nömrə nişanlı "KİA" markalı avtomobillə toqquşub. Zərbənin gücündən sərnişin mikroavtobusu yolun kənarına aşıb.

Hadisə nəticəsində Lənkəran rayonunun Bəliton kənd sakini, 1960-cı il təvəllüdlü Bəsdiqız Abbasova və onun oğlu, 1993-cü il təvəllüdlü Rəşid Abbasov, Lənkəran şəhər sakini, 1956-cı il təvəllüdlü Adıgözəl Rzayev və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 1975-ci il təvəllüdlü İlhamə Hüseynova, Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Rzayeva Samirə, Lənkəran rayonunun Vilvan kənd sakini, 2000-ci il təvəllüdlü Əli Həsənov, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rzayev Rəşad ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü qadın olub və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Lənkərandan Bakıya gələn "Ford" markalı sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alanlar arasında "Xəzər Lənkəran" futbol klubunun məşqçisi, veteran futbolçu Namiq Qarayev də olub.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, veteran futbolçu baş nayihəsindən müxtəlif dərəcəli xəsarətlər alıb:

"Yaralı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam