Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Qəbələ” ilə “Qarabağ” arasında Yeni il qalmaqalı– VİDEO

“Qəbələ” ilə “Qarabağ” arasında Yeni il qalmaqalı

 

 

“Qəbələ” klubu “Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Mahir Mədətovla bağlı bəyanat yayıb

 

Yenixeber.org: “Qəbələ” futbol klubundan verilən məlumata görə, 21 yaşlı hücumçu dekabrın 31-də “CBC Sport” telekanalının qonağı olduğu “Qış nağılı” verilişində şüursuz çıxış edib.

Bəyanatda deyilir ki, Mədətov verilişin formatına uyğun olaraq, maraqlı əhvalat nəql edərkən mövzu kimi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla futbolçular arasında olan dialoqu seçib və bunu özünəməxsus şəkildə təqdim edib.

“Qəbələ” İdman Klubu futbolçunun bu çıxışını peşəkar idmançıya yaraşmayan, məsuliyyətsiz, qeyri-etik addım kimi dəyərləndirir, uydurma əhvalatın ictimailəşdirilməsini və uğursuz gülüş obyektinə çevirmək istəyini qınayır: “Hesab edirik ki, belə şüursuz açıqlamalar, baş məşqçimiz Roman Qriqorçukun məsxərəyə qoyulması, onun və klubumuzun imicinə xələl gətirməklə yanaşı, ictimaiyyətdə yalnış fikir formalaşdırmağa xidmət edir. Bütün bunları nəzərə alaraq, “Qarabağ” klubunun gənc futbolçusu haqqında ölçü götürməsini, Mahir Mədətovun etdiyi hörmətsizliyə görə “Qəbələ” klubundan və Qriqorçukdan üzr istəməsini gözləyirik”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam