Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Voleybol yarışı

         

 

       "xeberinfo.com": Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında voleybol yarışı keçirilib. Yarış başlanmazdan əvvəl universitetin tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədr  müavini Aydın Mirzəyev çıxışlarında bildiriblər ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir. Çıxışçılar, bölgədə gənclərə və idmana göstərilən dövlət qayğısından, idman sahəsində qazanılan uğurlardan, idmanın kütləviliyinin təmin olunması, tələbələrin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən də danışıblar.

         Sonra “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında keçirilən voleybol yarışına start verilib, Culfa rayonunun və Naxçıvan Dövlət Universitetinin oğlanlardan ibarət voleybol komandaları arasında keçən gərgin yarış,  3:1 hesabı ilə NDU-nun komandasının qələbəsi ilə başa çatıb. Oyunun sonunda iştirakçılara hədiyyələr təqdim edilib.

 

   Mina Qasımova

 

    NDU-nun Mətbuat şöbəsinin əməkdaşı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam