Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Nərimanovda “Təmiz şəhər naminə hərəkətdə ol!” adlı veloyürüş keçirilib - FOTOLAR


 

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Nərimanov Rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “İslahatlı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda “Təmiz şəhər naminə hərəkətdə ol!” adlı veloyürüş keçirilmişdir.

Xeberinfo.com:   Veloyürüşün keçirilməsində məqsəd şəhərimizin ekologiyasını qorumaq, gənc nəsildə sağlam həyat tərzinin təbliği və onların asudə vaxtını daha da səmərəli təşkil etmək, velosiped idmanının inkişaf etdirilməsindən və s. ibarətdir.

Yürüşdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Adil Əliyev, Hikmət Babaoğlu, Şahin İsmayılov, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Şahmar İbadov, İlqar Mirzəyev, Rəşid Ağayev, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Təhsil üçün gənclər mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı 150 nəfərə yaxın gənc iştirak etmişdir.

Həmçinin yürüşdə velosiped üzrə olimpiya çempionları Aleksandr Averin, Tamara Polyakova iştirak etmişdir.

 

Veloyürüşdə 5000 metr məsafə qət edilmişdir.


















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam