Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

FİFA prezidentliyinə 5 nəfərin namizədliyi təsdiqləndi

Beynəlxalq Futbol Federasiyasının (FİFA) seçki komissiyası təşkilatın prezidentliyinə 5 nəfərin namizədliyini təsdiqləyib.

Xeberinfo.com:   Federasiyanın saytına istinadən xəbərə görə, bunlar Avropa Futbol Assosiasiyasının (UEFA) baş katibi Canni İnfantino, FİFA-nın vitse-prezidenti, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Cənubi Afrika Respublikasının keçmiş tikinti naziri və Nelson Mandelanın silahdaşı Tokio Seksvale, FİFA-nın keçmiş baş katibinin keçmiş müavini, fransalı Jerom Şampan və Asiya Futbol Konfederasiyasının prezidenti şeyx Salman bin Ubrahim əl-Həlifədir.

Liberiya Futbol Assosiasiyasının rəhbəri Musa Biliti namizədliyini irəli sürsə də, seçkilərə buraxılmayıb. FİFA-dan bunun səbəbinin açıqlanmayacağı bildirilib.

UEFA prezidenti Mişel Platini də seçkilərdə iştirakla bağlı ərizə ilə müraciət etmişdi. Ancaq FİFA-nın etika üzrə komitəsi oktyabrın əvvəlində onu, korrupsiya işi üzrə araşdırma aparıldığına görə futbol fəaliyyətindən 90 gün uzaqlaşdırıb. Bu müddət daha 45 gün də uzadıla bilər.

Xatırladaq ki, FİFA-ya prezident seçkiləri 2016-cı il fevralın 26-da keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam