Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

`Qarabağ` və `Qəbələ`nin rəqibləri bəlli oldu

 

Bu gün Fransanın Monako şəhərində Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

 

"Xeberinfo.com":   Məlumata görə, qitənin ikinci dərəcəli klub turnirinin qrup mərhələsində ilk dəfə olaraq iki klubla təmsil olunan Azərbaycan komandaları “Qarabağ” və “Qəbələ”nin rəqibləri məlum olub.


Belə ki, ardıcıl olaraq Azərbaycan Avropa Liqasında təmsil edən “Qarabağ” J qrupunda Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa) ilə, “Qəbələ” isə C qrupunda "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) komandaları ilə qarşılaşacaq. 

A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbaxça" (Türkiyə), "Molde" (Norveç)

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə)

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan)

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtilland" (Danimarka)

E qrupu: "Vilyareal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Belarus)

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroninqen" (Hollandiya)

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenburq" (Norveç)

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenses" (Portuqaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan)

K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras Tripolis" (Yunanıstan)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "AZ Alkmaar" (Hollandiya), "Ausburq" (Almaniya), "Partizan" (Serbiya)

Qeyd edək ki, qrup mərhələsinin oyunları 17 sentyabr, 1-22 oktyabr, 5-26 noyabr və 10 dekabr tarixlərində keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam