Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Güləşçilərimiz Rusiyada 9 medal qazandı

 

Rusiya Federasiyası Krasnodar Vilayətinin Qulkeviç şəhərində SSRİ idman ustası V.D. Vısotskinin xatirəsinə sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

 

"Xeberinfo.com":  Məlumata görə, sərbəst güləş üzrə yığma komandanın üzvləri böyük məşqçi Nazim Əlicanov və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirdə iştirak edib. 

Ümumilikdə 210 güləşçinin yarışdığı turniri yığmamızın üzvləri 4 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Qızıl medalları yığmamıza keçirdikləri bütün görüşləri qələbə ilə tamamlayan Şahin Muxtarov (42 kq), Fazil Həsənov (58 kq), Rəşad Yusifli (69 kq) və Ravil Babazadə (76 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Əliabbas Rzazadə (50 kq) gümüş medalla kifayətlənib. 

Bürünc medalları isə yığmamıza Turan Bayramov (50 kq), Şahin Əlfiyev (54 kq), Orxan Abbasov (69 kq) və Rahid Həmidli (85 kq) qazandırıb.

 

AzVision.az 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam