Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İkinci qadın boksçumuz da uduzdu

 

Bu gün Avropa Oyunlarında boks yarışları da keçiriləcək

 

"Xeberinfo.com":  Əlcək ustalarının yarışında Azərbaycanı 5 idmançı təmsil edəcək. Bunlardan 3-ü kişi, 2-si qadın olacaq. 
56 kq çəki dərəcəsində 1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola ilə üz-üzə gələcək. İdmançılar saat 15:00-da rinqə çıxacaqlar.
81 kq-da Teymur Məmmədov da 1/8 final görüşünə çıxacaq. O, 21:15-də polşalı Jordan Kulinski ilə döyüşəcək.
91 kq-da Məhəmmədrəsul Məcidov mübarizəyə start verəcək. O, 1/8 final mərhələsində gürcüstanlı Mixeil Baxtidze ilə görüşəcək. Bu qarşılaşma 21:45-də başlayacaq.
Qadınlar arasında 48-51 kq yüngülvari çəki dərəcəsində ölkəmizi Anaxanım Ağayevə təmsil edəcək. O, da kişi idmançılarımız kimi 1/8 final mərhələsindən yarışa start verəcək. Xanım boksçumuzun rəqibi polşalı Drabik Sandra olacaq. Bu görüş 13:15-də baş tutacaq.
Qadınlar arasında 69-75 kq orta çəkidə Leyla Cavadova rinqə çıxacaq. Onun rəqibi rusiyalı Yakoşina Yaroslava olacaq. Bu qarşılaşma 19:00-da olacaq.
***
Anaxanım Ağayeva polşalı Drabik Sandra ilə mübarizəyə başlayır və idmançımız 0-3 hesabı ilə uduzub.
***
Anaxanım Ağayevanın mәşqçisi Şamil Məhəmmədbəyov "Qafqazinfo"ya açıqlamasında yetirməsinin məğlubiyyətindən danışıb:
"Polşalı idmançı güclü idi. O titullar sahibidir. Ona görә çәtin oldu. Anaxanım isә boksa tәzә başlayıb. Hәm dә döyüşdәn öncә zәhәrlәnmişdi. Ona görә dә özünә tam gәlә bilmәdi.  Bu nәticәsindә mәğlub oldu. Başqa ümidverici idmançılarımız var. Axşamkı görüşlәrdәn yaxşı nәticә gözlәyirik".
***
1/8 finalda Tayfur Əliyev rumıniyalı Anderiana Nikola üz-üzə gəlir. Tayfur Əliyev 3:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
***
Tayfur Əliyev 1/4 finalda danimarkalı Fredrik Yensenlə gücünü yoxlayacaq. Görüş iyunun 22-də saat 14:00-da olacaq.
***
Qadınlar arasında 69-75 kq orta çəkidə Leyla Cavadova rinqə çıxır. Onun rəqibi rusiyalı Yakoşina Yaroslavadır. 
***
Leyla Cavadova 0:2 hesabı ilə rəqibinə uduzur.(qafqazinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam