Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Atıcılıq: İradə Aşumova liderdən 9 xal geri qaldı

 

"Xeberinfo.com":  Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən tapança ilə atəş açmaqda təsnifat mərhələsinin sərrast hissəsində qüvvəsini sınayıb. 286 xal toplayan snayperimiz 29 iştirakçı arasında 17-ci olub. Təmsilçimiz lider olan avstriyalı Silviya Şteynerdən 9 xal geri qalıb.

 

Aşumova sabah təsnifat mərhələsinin sürətli atəş hissəsində də çıxış edəcək. Saat 10:00-da başlayacaq yarışdan sonra yarımfinalçılar müəyyənləşəcək.

 

10:59

 

Bakı 2015 Avropa Oyunları çərçivəsində atıcılıq yarışları davam edir.

 

Publika.az xəbər verir ki, yarışlarda 2 dəst medal oyanılacaq. Kişilər qoşa səngər stendi üzrə, qadınlar isə 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş üzrə mübarizə aparacaq.

 

Bu gün Azərbaycan idmançılarından yalnız biri hədəf önünə keçəcək. Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən hədəfə düşməyə çalışacaq. O, saat 09:00-da start götürəcək təsnifat mərhələsinin sərrast hissəsində uğur qazanmalıdı.
 
10 metrdən atəş açmaqda uğursuz çıxış edən olimpiya mükafatçımız daha güclü olduğu məsafədə çıxış edəcək. 2-ci qrupda qüvvəsini sınayacaq idmançımız 30-cu atəş xəttində qüvvəsini sınayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam