Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

AFFA klubları cəzalandırdı

 

"AZAL" - “Bakı” matçında baş verənlərin cəzası açıqlanıb

 

"Xeberinfo.com":  Məlumata görə, AFFA-nın İntizam Komitəsi ölkə klublarını cəzalandırıb.
Piasport.az AFFA-ya istinadən bildirir ki, 8 mart tarixində XXIII Topaz Premyer Liqasının XXV turunun “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Bununla yanaşı, “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat, “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. 
"AZAL" – “Bakı” matçında da cərimələr tətbiq olunub. Belə ki, matçın 69-cu dəqiqəsində “Bakı” klubunun 85 №-li futbolçusu Jaba De Carvalho idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunur. 
Eyni zamanda, oyunun 86-cı dəqiqəsində AZAL klubunun 27 №-li futbolçusu Rəşad Abdullayev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb və klub 2000 manat cərimə olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam