Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Xəzərdə növbəti zəlzələlər baş verə bilər

 

 

Bu gün Xəzər dənizində qeydə alınan üç ardıcıl zəlzələnin təhlükəsi yoxdur və heç bir yaşayış məntəqəsində hiss olunmayıb.

"Xeberinfo.com": Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli  APA-ya açıqlamasında deyib ki, bu zəlzələlər aktiv ocaqlarda qeydə alınıb və dəfələrlə həmin yerlərdə zəlzələlər baş verib.
 
Onun sözlərinə görə, Xəzərin cənubunda baş verən baş verən zəlzələlər elə də güclü deyil və maqnitudası 3.3, 3.4, 3.9 olub: “Buna görə də hər hansı bir təhlükə yoxdur. Bundan sonra həmin ərazidə növbəti zəlzələlər baş verə bilər”.
 
Q.Yetirmişli qeyd edib ki, Xəzərdə çökmə örtüyünün qalınlığı 28 metrə qədərdir. Amma bu gün baş verən zəlzələlərin artıq çökmə örtüyünü keçdiyini deyən mərkəzin baş direktoru qeyd edib ki, ən çox dərinlikdə baş verən zəlzələlər də Xəzərdə baş verir. Onun sözlərinə görə, quru sahələrdən fərqli olaraq, Xəzərdə baş verən zəlzələlər daha dərindir: “Bundan sonra da zəlzələlər davam edərsə də güclü təkan gözlənilmir. Artıq 3 xırda təkan qeydə alınıb. Ona görə də bundan sonra güclü təkan ola bilməz”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam