Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Maşın oğruları saxlanılıb

    

Maşın oğruları saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər yaxalanıblar.
Yenixeber.org: DİN-dən verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 14-cü məhəllənin ərazisindən şəhər sakini Nail Camalovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən şəhər sakini İlkin İsmayılov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun sentyabrın 6-da Rauf Manafovun “VAZ-2107” markalı avtomobilini qaçırdığı da müəyyən edilib.

Digər bir avtomobil qaçırılması faktı isə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb. Belə ki, sentyabrın 14-də Mehdiabad qəsəbəsinin ərazisindən qəsəbə sakini Qədir Hüseynovun “VAZ-2102” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Fərid Əliyev və Novruz Xibiyev avtomobillə birgə saxlanılıblar. Faktlarla bağlı araşdırmalar aparılır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam