Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Prokuror Qubada 4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadına cəza istəyib

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmişin ölümünə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib


Yenixeber.org:  hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında L.İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi iyunun 8-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün o, uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.
Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
L.İsrafilovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam