Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Mitinqə razılıq verildi

 

     Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti razılıq verib

     "Xeberinfo.com": Bu barədə “azadliq.info”ya aksiyanın təşkilatçılarından Fuad Qəhrəmanlı məlumat verib. Qəhrəmanlı deyib ki, cavab məktubunu artıq alıblar. Mitinqin İnşaatçılar metrostansiyasının yaxınlığındakı Məhsul stadionunda, saat 15:00-dan 17:00-a qədər keçirilməsinə razılıq verilib.
      F.Qəhrəmanlı mitinqə hazırlığın yüksək səviyyədə getdiyini deyib. Aksiyanın əsas şüarının siyasi məhbuslara azadlıq olduğunu xatırladan Qəhrəmanlı siyasi məhbus ailələrini və yaxınlarını aksiyada fəal iştiraka çağırıb. O bildirib ki, hər bir siyasi məhbusun ailə üzvləri, yaxınları, tərəfdar və dostları, məsləkdaşları onun şəkilləri və ona aid şüarlarla mitinqdə iştiraka hazırlaşmalıdırlar. Təşkilatçılar siyasi məhbusların şəkillərindən ibarət yalnız bir ümumi plakat hazırlatdıracaq. Onların ayrı-ayrılıqda şəkillərinin qaldırılmasını isə yaxınlarından və onları dəstəkləyənlərdən gözləyirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam