Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlandı

 

 

Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlandı

 

Şəki Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb

Yenixeber.org:  Şəki Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.

İş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam