Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

7 yaşlı uşaq yanaraq öldü

 

                                      İkimərtəbəli ev yanıb 

     "Xeberinfo.com": Zaqatala şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə günorta saatlarında, şəhər sakini Musa Qurban oğlu Musayevə məxsus, ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli yaşayış evində qeydə alınıb.

     Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Evin 50 kvadratmetr sahəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər evin qalan hissəsini yanğından mühafizə ediblər. Yanğın söndürüləndən sonra aparılan təhqiqat zamanı ev sahibi Musa Musayevin qızının övladı - 2007-ci il təvəllüdlü Vaqif Vüqar oğlu Əliyevin yanmış meyiti aşkarlanıb. Uşağın fiziki baxımdan qüsurlu olduğu bildirilib.

Faktla bağlı FHN-in Zaqatala DYMH-də araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam