Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Rektorun arvadını döyüb, 80 min manatını oğurlayanların cəzası azalmadı

 

Bakıda tektorun arvadını döyüb 80 min manaylıq oğurluq edənlər aldıqlatı cəzadan narazı qalıblar

 

 

Yenixeber.org: Azərbaycan Dövlət Dillər Universitetinin keçmiş rektoru Dünyamin Yunusovun evinə basqın edərək arvadı Zəridə Yunusovanın əl-qolunu bağlayaraq döyməkdə və evdən 65 min manat pul və 15 min manatlıq qızıl aparmaqda təqdirləndirilən şəxslərin çikayəti əsasında məhkəmə iclası keçirilib

Onlar Süleyman Hüseynov, Yaqubar Qasımov, Cahangir Hümbətov, Amil Şirinov və Zemfira Bağırzadədir.

Təqsirləndirilən şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər. İşə Bakı Apellyasiya Məhkəməsində hakimi Sahibxan Mirzeyevin sədrliyi ilə baxılıb. Təqdirləndirilən şəxslərin cəzalarının yüngülləşdirilməsi üçün verdikləri apellyasiya şikayəti təmin edilməyib, aşağı instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, hadisə 2016-cı il may ayında Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında baş verib.

1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Şirinov 12 il 6 ay, Y. Qasımov 12 il 6 ay, S. Hüseynov 10 il, C. Hümbətov isə 10 il 6 ay, Z. Bağırzadə isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam