Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Kiyevdə azərbaycanlı iş adamını qaçıran şəxslər həbs olunub

Kiyevdə azərbaycanlı iş adamını qaçıran şəxslər həbs olunub



Ukraynanın paytaxtı Kiyevdə azərbaycanlı iş adamının qaçırılmasında əli olan iki şəxs saxlanılıb

 

Yenixeber.org: Bu barədə Kiyev Prokurorluğundan bildiriblər.

Məlumata görə, iş adamı 2017-ci il dekabrın 11-də yaşadığı evin həyətindən oğurlanaraq Kiyevo-Svyatoşinsk rayonunun qəsəbəsinə aparılıb.

“İki saylı Kiyev Yerli Prokurorluğunun vəsatətinə əsasən, 50 yaşlı Azərbaycan əsilli şəxsə və onunla əlbir olan 52 yaşlı şəxsə cinayəti törətməkdə şübhəli olduqları barədə məlumat verilib. Kiyevin Darnitsk Rayon Məhkəməsi onlar barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib”, - prokurorluqda deyiblər.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları cinayətdə əli ola biləcək digər şəxslərin saxlanılması istiqamətində axtarış tədbirlərini davam etdirirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam