Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Betonqarışdıran maşın avtobusa çırpıldı:Yaralılar var - Foto

 

Bakıda sərnişin avtobusu betonqarışdıran maşınla toqquşub

 

Yenixeber.org: Hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ramanada yerləşən Şuşa şəhərciyindən "Səkkizinci kilometr" bazarı istiqamətinə gedən 214 saylı sərnişin avtobusu metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qəzaya uğrayıb.

Sərnişinlərin sözlərinə görə, avtobusun sürücüsü dönmə əməliyyatı etmək istəyən betonqarışdıran maşına yol verməyib. Nəticədə betonqarışdıran maşın avtobusa çırpılıb.

Hadisə nəticəsində avtobusda olan bir neçə sərnişin yüngül xəsarət alıb. Sərnişinlərdən biri nisbətən ağır yaralanıb. Məlumata görə, avtobusun sınmış şüşələri 14 yaşlı sərnişinin boğaz və əlini kəsib.

Hadisə yerinə təcili yardım maşını gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam