Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bakıda qadın həkimlə intim münasibətdə olan şəxs şantajla onu soyub –ƏTRAFLI

 

Bakıda qadın həkimlə intim münasibətdə olan şəxs şantajla onu soyub – ƏTRAFLI
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda həkimi şantajla pul tələb etməkdə təqsirli bilinən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib.

O, Elnur İbrahimovun 8 il azadlıqdan məhrum edilməsini təklif edib.

Prokuror həmçinin onun barəsində polis nəzarətində qətimkan tədbirini dəyişdirilməsini, məhkəmə zalından həbs olunmasını tələb edib.Zərərçəkmiş həkimin nümayəndəsi prokurorla razı olduğunu deyib.

Elnur İbrahimovun vəkili çıxış üçün vaxt istəyib.

İttihama görə, Elnur İbrahimov paytaxtda fəaliyyət göstərən klinikalarının birində həkimi şantaj edib. O, nevropatoloqla sosial şəbəkədə tanış olub. Qadın həkimlə intim münasibətdə olan Elnur sonradan onu rüsvay edəcəyi ilə qorxudub.

Təqsirləndirilən şəxs qadın həkimdən şantaj yoluyla 8 min manatdan çox pul alıb.

Daha sonra qadın onun barəsində polisə şikayət edib. Polis əməkdaşları Elnur İbrahimovu saxlayıb. Onun barəsində istintaq və məhkəmə dövründə həbs qətimkan tədbiri seçilməyib.

Elnur İbrahimov isə ittihamları qəbul etmir. O, pulu həkimdənyardım məqsədilə aldığını deyir. /Teleqraf.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam