Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Daxili İşlər Nazirliyinin yüksək rütbəli işçisi dəhşətli qəzada öldü

 

 

      Bakıda ağır yol qəzası baş verib

 

  "Xeberinfo.com": Bakı şəhərinin Pirallahı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avqustun 3-ü saat 17 radələrində Dübəndi qəsəbəsində Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin əməkdaşı, polis polkovniki Allahverdiyev Fuad Ramiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə ağır qəzaya düşüb.
 F.Allahverdiyevin idarə etdiyi avtomobil Pirallahı sakini, 1951-ci il təvəllüdlü Bayramqulu Ağayevin sürdüyü "Wolsfagen Passat"a daha sonra isə 1956-cı il təvəllüdlü Elşad Ağayevin idarə etdiyi "QAZ 21"ə çırpılıb. Nəticədə F.Allahverdiyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Onun 3 yaşlı oğlu Yusif isə ağır vəziyyətdə Nevrocərrahiyə xəstəxanasına yerləşdirilib.
Bundan başqa ağır xəsarət alan B.Ağayev və iki sərnişini: 43 yaşlı Əlvan Məmmədov və 53 yaşlı Rasim Süleymanov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam