Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Polis daha bir əməliyyat keçirdi -Nardaranda

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 42-ci Polis Bölməsi (PB) əməkdaşları tərəfindən bir neçə gün əvvəl yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat saxladığı üçün tutulan Nardaran qəsəbə sakini Əliəsgər Cabbarovun ətrafında daxil olmuş əməliyyat məlumatı əsasında növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Yenixeber.org:  Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu zaman onun yaşadığı evin həyətindəki su quyusundan nömrəsi silinmiş "Makarov" markalı tapança, lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd "F-1" qumbarasının alışqanı, 151 ədəd avtomat patronu, 7 ədəd giliz, 1 ədəd beşbarmaq, kustar üsulla hazırlanmış 6 ədəd bıçaq, 1 qılınc, 1 ədəd bıçaq qabı aşkar edilərək götürülüb.

Tapılan silah-sursat müayinə edilməsi üçün Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinə göndərilib. Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının aprelin 13-də həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Ə.Cabbarovun yaşadığı evin həyətində istifadə olunmayan tikilidən 1 ədəd lüləsi və qundağı kəsilmiş yivli “Karabin” markalı tüfəng, "RQD”-5 əl qumbarası və AK 74 avtomatına məxsus süngü bıçağı aşkar olunaraq götürülmüşdü.

DİN vətəndaşlara bir daha müraciət edərək bildirir ki, əllərdə qanunsuz saxlanılan odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam