Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

PKK-nın daha 9 tərəfdarı həbs edildi -Türkiyədə terrorçuların zərərsizləşdirilməsi davam edir

pkk

Türkiyənin İstanbul şəhərində PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılmış 10 şübhəlidən 9-u həbs olunub.

Yenixeber.org:  Məlumata görə, İstanbul polisinin Terrorla Mübarizə Şöbəsi tərəfindən PKK terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı “Deniz-Aliye” kod adlı şəxs saxlanılıb.

Ona məxsus rəqəmsal materialların araşdırılması zamanı terrorçuların ictimai qurum və təşkilatlara, təhlükəsizlik qüvvələrinə silahlı hücum planlaşdırdığı, habelə 4 silahlı soyğunçuluq və digər cinayəti əməlini həyata keçirdiyi məlum olub. Təhqiqat zamanı PKK terror qruplaşması ilə əlaqədə olan 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılanlar terror təşkilatına üzv olmaqda ittiham edilərək həbs olunublar. Şübhəlilərdən biri məhkəmə tərəfindən sərbəst buraxılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam