Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Brend geyim butikləri birləşdirilib-bağlanır…

Vergilər Nazirliyinin noyabrın 23-də açıqladığı məlumata görə, Bakıda məşhur geyim brendlərinin satıldığı butikləri əhatə edən bir neçə şirkət birləşib.

Xeberinfo.com:  Buna iqtisadi böhran səbəb göstərilir.

Bağlanan 3 şirkətin 35 mağazası var

«SİAY», «Sinteks Co502» və «Sinteks Co501» MMC-lər MMC-lər «Sinteks» MMC-yə qoşularaq ləğv edildiklərini açıqlayıblar. Bu şirkətlərin Bakıda, ən azı, 35 mağazasının olduğu bildirilir. Mağazaların bir çoxu iri ticarət mərkəzlərində fəaliyyət göstərir.

Satış həcmi azalıb

Birləşmənin səbəblərindən danışan «Ayma Alyans» QSC-nin direktoru Abdul AşurovAzadlıqRadiosu-na deyib ki, şirkətlərin birləşdirilməsindən məqsəd idarəetmənin optimallaşdırılmasıdır:

«Adıgedən şirkətlərin təsisçiləri eyni şəxslərdir. Onlar daha optimal idarəetmə strukturu yaratmaq istəyirlər. Şirkətlər, faktik olaraq, eyni iş görür, amma nəzarət orqanlarına çox sayda hesabat verirlər. Başqa bir tərəfdən, böhran mağazaların iş həcmini də azaldıb».

Neftçilər prospektindəki butiklərin çoxu…

«Sinteks» MMC 1996-cı ildə yaradılıb. Paytaxtın Neftçilər prospektindəki lüks mağazaların əksəriyyəti bu şirkətindir. Qurumun Gürcüstan və Monqolustanda da biznesi var.

Şirkətlər qrupunun təsisçiləri Vüqar Feyruz oğlu Əliyev və Ülvi Şahmərdan oğlu Cərullayevdir. «Ayma Alyans» QSC onların ortaq şirkətidir. Qrupa «SSI Retail» MMC də daxildir. Bakıdakı «Mango», «New Yorker», «Next» və məşhur mağazalar onlara məxsusdur.

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam