Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

İşsiz sakinlər magistralı bağladılar - FOTOLAR

Bu gün Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində yerləşən 28 May qəsəbəsinin sakinləri magistral yolu bağlayıblar.

Xeberinfo.com:  Bu barədə AzadlıqRadiosu-na aksiya iştirakçıları xəbər veriblər. Onlar işsizlikdən şikayətçidirlər, imkansızlıqdan kommunal xərcləri ödəyə bilmədiklərini deyirlər.

Aksiya iştirakçıları qəsəbədə ara yolların hələ də asfaltlanmadığını, sentyabrın 28-də yağan yağışların onlara ciddi problemlər yaratdıqlarını vurğulayırlar.

28 May qəsəbəsi sakinləri magistral yolu bağlayıblar. 29.09.2016

28 May qəsəbəsi sakinləri magistral yolu bağlayıblar. 29.09.2016

Aksiyaçılar magistral yolu 1 saata yaxın bağlı saxlayıblar və bu, Şamaxı-Bakı yolunda tıxac yaradıb.

Hadisə yerinə yol polisi və post patrul xidmətinin əməkdaşları gələrək etirazçıların bəzi tələblərinin yerinə yetirələcəyini vəd edərək yolda maşınların hərəkətini bərpa ediblər.

Yoxsulluq və səfalət içində yaşadıqlarından şikayət edən aksiya iştirakçıları Binəqədi rayon İH-dən məsul şəxslər gəlmədiyi və tələblərinin yerinə yetirilmədiyi halda yolu yenidən bağlayacaqlarını vurğulayıblar.

AzadlıqRadiosu yerli məmurların məsələyə münasibətini öyrənməyə çalışır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam