Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

“Nəqliyyat qoçuları”ndan qaçan sürücü körpüdən yıxıldı

 

Bakı Beynəlxalq Avtovağzalında Nəqliyyat Nazirliyinin müfəttişləri ilə sürücü arasında bu dəqiqələrdə baş verən insident faciə ilə nəticələnib.
   "xeberinfo.com": Məlumata görə, müfəttişlər sürücüdən sənədlərini tələb edərkən sürücü ərazidən qaçmaq istəyib və nəticədə körpüdən yıxılıb. Onun vəziyyətinin pis olduğu bildirilir.
Məlumata görə bu hadisə, vətəndaşlarla müfəttiş əməkdaşları arasında insidentə səbəb olub. Hadisə yerinə polis qüvvələri cəlb edilib.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov faktı təsdiqləyib. Onun sözlərinə görə, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücü ilə nəqliyyat müfəttişləri arasında mübahisə yaranıb: “Sürücü əlinə daş alıb əməkdaşlarımıza atıb. Əməkdaşımızın biri ayağından xəsarət alıb”.
Sürücünün körpüdən yıxılaraq xəsarət almasına gəlincə, bu barədə məlumatının olmadığını deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam