Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Bakıda məcburi köçkünlərin binası yandı

Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin binasında baş verən yanğınla əlaqədar açıqlama yayıb.

Xeberinfo.com:   FHN-in saytına istinadən xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının (hazırda məcburi köçkünlər məskunlaşıb) 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə yanıb və yüksək temperaturdan digər otaqda olan 1 ədəd televizor və kondisioner əriyib.

Digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

*   *   *15:04

Bakıda yaşayış binası yanğın başlayıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, Yasamal rayaonu Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında yanğın başlayıb.

Fövqalə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.

Sakinlərin binadan təxliyyə edildiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam