Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Biznesmen azadlığa çıxdı: “Beynəlxalq Bank işi”

Azərbaycan Beynəlxalq Bankından 80 milyon manat kredit götürüb mənimsəməkdə təqsirləndirilərək həbs olunan, günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov azadlığa buraxılıb.

 

Xeberinfo.com:  Məlumata görə, bu barədə Trend-ə A.Mikayılovun vəkili məlumat verib. Vəkil bildirib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə A.Mikayılov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək "ev dustaqlığı" ilə əvəzlənib və o azadlığa buraxılıb.


A.Mikayılovun həbsxana şəraitində səhhətində problemlərin olduğunu deyən vəkil bildirib ki, müvəkkili hazırda ev şəraitində müalicə olunur.

Qeyd edək ki, Azərbaycanda günəş batareyalarının quraşdırılması ilə məşğul olan “Xəzər Menecment Sistem” şirkətinin rəhbəri Adil Mikayılov Azətbaycan Beynəlxalq Bankından 80 milyon manat məbləğində götürdüyü krediti mənimsəməkdə təqsirləndirilərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək həbs edilmişdi.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankından kredit götürərək mənimsəməkdə təqsirləndirilən 31 nəfər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam