Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Vidadi Zeynalovun həbs müddəti uzadıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti uzadlılıb.

 

Xeberinfo.com:  Bu barədə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib. Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş 3 aylıq həbs qətimkan tədbirinin müddəti yanvarın 26-da başa çatmalı idi. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti fevralın 21-nə qədər uzadılıb.

V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil qeyd edib ki, müvəkkilinin həbs müddətinin uzadılmasından apelyasiya şikayəti vermək fikri yoxdur: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən də heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam