Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Daha bir korrupsiya faktı

 

   "xeberinfo.com": Bakı şəhər sakinləri Rauf İsmayılov və Kamran İsayevin qanunsuz əməlləri barədə Dövlət Miqrasiya Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. 

      Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, araşdırmalar zamanı R.İsmayılovun K.İsayevlə birgə Bakı şəhərində müvəqqəti yaşayan Türkiyə Respublikası vətəndaşından onun ev təsərrüfatında işləyən Filippin Respublikası vətəndaşına Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamasına icazə almaq üçün 5.0 min manat məbləğində pul almasında, eyni zamanda icazənin alınması məqsədi ilə Filippin Respublikası vətəndaşının adına formal Məhdud Məsuliyyətli Cəmiyyət təsis edərək bank hesabına 101.0 min manat pul vəsaiti mədaxil etməklə bu barədə bankdan müvafiq arayış aldıqdan dərhal sonra həmin vəsaiti məxaric edib və miqrasiya qanunvericiliyinə zidd olaraq əldə edilmiş sənədləri Dövlət Miqrasiya Xidmətinə təqdim etməklə vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam