Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Elşad Abdullayevin qardaşı Baş Prokurorluqdan qovuldu- "MTN işi"

1E

 

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin prokuroru Elsevər Abdullayev bu gün baş prokuror Zakir Qaralovun əmri ilə vəzifədən azad edilib və prokurorluq orqanlarından xaric olunub.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən məlumat daxil olub.

Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsi virtualaz.org saytının prokuror Elsevər Abdullayevin vəzifəsindən azad olunmasına dair informasiya ilə bağlı sorğusuna cavab olaraq faktı təsdiqləyib.

Qeyd edək ki, Elsevər Abdullayev Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, 2011-ci ildə Fransaya qaçan və hazırda da orada yaşayan Elşad Abdullayevin qardaşıdır.

Elşad Abdullayev mətbuatda Azərbaycanın bir sıra yüksək rütbəli dövlət məmurlarına qarşı geniş kampaniya aparıb. Elşad Abdullayevin bu hay-küylü bəyanatlarını şərh edən əksər ekspertlər belə güman edirdilər ki, sabiq rektorun fəallaşaraq bir çox yüksək rütbəli məmurlara hücuma keçməsinin arxasında MTN rəhbərliyi dayana bilərdi.

Daha sonra Elşad Abdullayevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 137.3 (insan orqanlarının alınıb-satılması) və 308.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi açılıb. Buna görə də E.Abdullayev Fransaya sığınaraq orada gizlənməyə məcbur olub. Nəsimi Rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçib. Elşad Abdullayev beynəlxalq axtarışa verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam