Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Türkiyədə daha 2 polis şəhid oldu, 7 terrorçu öldürüldü

 

Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonunda İŞİD üzvlərinin cəmləşdiyi evə polis əməliyyat keçirib.

"Xeberinfo.com":  Məlumata görə, səhər saatlarında təşkil edilən əməliyyat zamanı evdə cəmləşmiş terrorçular polisə müqavimət göstərib və atışma olub.

Silahlı toqquşma nəticəsində 2 polis şəhid olub, daha 2 polis əməkdaşı isə yaralanıb. 

İŞİD-çilərin qaldığı evə polis basqını zamanı öldürülən terrorçuların sayının 7 olduğu açıqlanıb. 3 nəfər İŞİD üzvü isə sağ ələ keçirilib. 

Bildirilir ki, polis əməliyyata sübh çağlarında start verib və evin ətrafı zirehli texnika ilə əhatəyə alınıb. Buna baxmayaraq, terrorçular polisin müdaxiləsinə sürətlə reaksiya veriblər və atəş açmağa başlayıblar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam