Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Daha bir şəxs özünü yandırdı

 

                  Azərbaycanda daha bir nəfər özünü yandırıb.

      "xeberinfo.com":Hadisə Kürdəmir rayonunun Topalhəsənli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Abdullayev Rahim Səməndər oğlu qayınatasının həyətində üzərinə benzin tökərək özünü yandırıb.

       Məlumata görə, R.Abdullayevin həyat yoldaşı bir neçə gün əvvəl məişət zəminində baş vermiş münaqişədən sonra ər evindən ata evinə qayıdıb. Fevralın 7-nə keçən gecə isə R.Abdullayev sərxoş vəziyyətdə qayınatasının həyətinə gəlib.

       O bildirib ki, həyat yoldaşını aparmağa icazə verməsələr özünü həyətin ortasındaca yandıracaq və elə də edib. 34 yaşlı kişi ağır vəziyyətdə rayon xəstəxanasına gətirilib. Vəziyyəti nəzərə alan həkimlər R.Abdullayevi Bakıya göndərməyə qərar verib. 5 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən şəxsin vəziyyəti ağır qiymətləndirilir.

     Faktla bağlı araşdırmalar aparılır. Qeyd edək ki, polis şöbəsində R.Abdullayev barəsində bir neçə gün əvvəl öz anasını döyməsi ilə bağlı araşdırma da aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam