Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Qadın müəllim adam öldürdü

 

Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib. 

"Xeberinfo.com":    APA-ya istinadən məlumata görə, avqustun 11-i axşam 22 radələrində rayonun 3-cü Tala kənd sakini 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. 


Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi məlum olub. Məlumatda bildirilir ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov evli olub, bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb. 

Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam