Redaktor seçimi
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Sabiq deputat Əsabil Qasımovun “Azər-Tikinti” şirkətinə cinayət işi açıldı… -
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri:
Adil Əliyevin yadından çıxan Suraxanı -
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi:
Günün xəbəri

Gəncədə kütləvi dava

 

Davada 5- 6 nəfər iştirak etsə də ölən və yaralanan xaric hər kəs hadisə yerindən qaçıb.
"Xeberinfo.com":   Məlumata görə, bu gecə 00:30-da Gəncə şəhərində bir nəfərin ölümü, birinin yaralanması ilə nəticələnən kütləvi dava baş verib. Bir nəfərin qətlə yetirildiyi, bir nəfər isə ağır bıçaq xəsarətləri aldığı hadisə rayonun Nizami Gəncəvi küçəsində baş verib.
Gəncə şəhər Prokuruoluğundan anspress- ə verilən məlumata görə, gecə saatlarında 5 – 6 nəfərdən ibarət qrup arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov adı hələlik istintaqa məlum olmayan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb və aldığı bıçaq yarası nəticəsində yerindəcə keçinib.
Yaralanan 1989-cu il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə yaralı Calal Abdullayevin vəziyyəti orta ağırdır.
Mübahisədə iştirak edən digər şəxslərin müəyyən ediləsi istiqamətində Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam